Araik Xocavənd şəhərimizdə qoz əkdirir, binalar tikdirir...-FOTOLAR
Tarix: 31-05-2021 | Saat: 10:59
Bölmə:Karusel / Region | çapa göndər
1433 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 31-05-2021 | Saat: 10:59
Bölmə:Karusel / Region | çapa göndər

Diqqət edin, görün, hələ 2020-ci il avqustun 13-də bu ciddiyə almadığımız separatçı rəhbər nə deyir: “Əgər Stepanakertə bir bomba atsanız, cavabını Gəncədə alacaqsınız!.."
Son 30 il ərzində Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış və Rusiya hərbi kontingentinin himayəsi altında hələ də fəaliyyət göstərən separatçı-terrorçu erməni rejiminin tör-töküntülərininn başçısı Araik Arutyunyan dünən - 30 may tarixində Xocavənd rayon mərkəzinə gedib və şəhərdə aparılan inşaat işləri ilə tanış olub.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.
Məlumata görə, Araik öncə iki il ərzində «Ferzit Construction” şirkəti tərəfindən 116 üçotaqlı mənzildən ibarət dörd beşmərtəbəli binanın inşa ediləcəyi yaşayış mikrorayonuna baş çəkib.
Tikinti şirkəti rəhbərinin sözlərinə görə, “binaların zirzəmisi olacaq, uşaq meydançaları, parkinqlər tikiləcək, bitişik ərazi abadlaşdırılacaq. Tikinti ilə yanaşı, Xocavənddəki köhnə hovuz-çimərlik də təmir ediləcək”.

A.Arutyunyan “şəhərə sabit bir enerji təchizatı təmin edən yeni bir hava elektrik xəttinin mövcudluğunu nəzərə alaraq, qısa müddətdə Martuni küçələrinin gecə işıqlandırılmasını tam təmin edilməsini tapşırıb”. Separatçı rəhbərin digər bir göstərişinə görə, “bütün qəzalı evlər söküləcək və sakinlər üçün tez tikilən yığma evlər tikiləcək”.
Səfər çərçivəsində A.Arutyunyan Azərbaycana qarşı 44 günlük müharibədə gəbərmiş və ölümündən sonra yüksək “dövlət” mükafatlarına layiq görülmüş əsgərlərin yaxınları ilə görüşüb və onlara mükafatları təqdim edib. O, rejimin daim belə aillələrin arxasında duracağını bildirib.
Araik Xocalı yaxınlarında bir müddət əvvəl əkilmiş qoz bağını da ziyarət edib.
Zəruri şərh:
II Qarabağ savaşınadək və ondan sonra Yuxarı Qarabağda baş verənlər, separatçı rejimin, o cümlədən onun rəhbərlərinin çıxış və əməlləri, eləcə də Rusiya sülhməramlı(?) kontingentinin davranışları haqda verdiyimiz xəbərləri mənasız hesab edən, ciddiyə almayan, hətta bizləri buna görə guya “xalqı qıcıqlandırmaqla “5-ci kalon” a xidmət”də suçlayanların nəzərinə!
Diqqət edin, hələ 2020-ci il avqustun 14-də ilk olaraq Moderator.az-ın verdiyi xəbərə!(bax://www.moderator.az/news/338891.html) Görün, həmin “oyuncaq separatçı başçı” adlandırdığımız Araik bir gün öncə nə deyir: “"Əgər Stepanakertə bir bomba atsanız, cavabını Gəncədə alacaqsınız!.."
Nə qədər ağır və acı olsa da, 2020-ci ilin oktyabrında Araikin dediyi baş verdi və əslində bunu ağaları etmiş olsa da, o, Gəncəyə ballistik raket atılması haqda əmrin özü tərəfindən verildiyini etiraf etdi... Və yalnız bundan sonra dövlətimiz bu separatçı-terrorçu rəhbəri İnterpolla axtarışa verdi...
Deməli, özü ciddi fiqur olmayan Araikə belə sözləri dedirdən gücləri ciddiyə almaq və onu, hələlik həbs edə bilməsək də, ən azı, hər bir addımını izləyərək uyğun nəticələr çıxarmaq gərəkdir... (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
5-11-2021, 18:32
Peyvənd olunanların sayı açıqlanıb
12-03-2022, 22:33
Ukrayna və Rusiya işçi qruplar yaradıblar
9-07-2020, 13:39
“Bandotdel” vəzifəli şəxslərə qarşı əməliyyat keçirir
27-04-2021, 11:04
Milli Məclisin iclası başlayıb
13-04-2023, 10:46
10 il həbs cəzası verilmiş tanınmış iş adamı bəraət aldı-QƏRAR
25-07-2022, 14:57
Dövlət başçısı: Göygölün Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu var
8-04-2026, 16:47
Baş Qərargah rəisi: Atəşkəs sadəcə fasilədir, ABŞ döyüş əməliyyatlarını bərpa etməyə hazırdır
26-07-2022, 11:27
MN: Erməni silahlı birləşmələri 9 dəfə təxribat xarakterli silahlı insident törədib
9-01-2026, 15:33
Üç televiziya və bir radionun yayımı dayandırılacaq
22-10-2024, 22:19
Pezeşkian Rusiyaya səfər edib














