Saytımızı qiymətləndirin


 
 

Albert Aqarunovun qardaşı Bakıda - Foto
Tarix: 08-05-2021 | Saat: 11:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Albert Aqarunovun qardaşı Bakıda

 

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov Bakıya gəlib.

R. Aqarunov açıqlamasında bildirib ki, aprelin 25-də qardaşının doğum gününü burada qeyd etmək üçün İsraildən Bakıya səfər edib.

O, bu gün Şəhidlər Xiyabanına gedərək qardaşı Albertin məzarını ziyarət edəcəyini bildirib.

R. Aqarunov bundan öncə sosial şəbəkə hesabında paylaşım edərək insanları ziyarətə qoşulmağa dəvət etmiş, daha sonra isə bu postu silərək pandemiya səbəbindən kütləvi toplaşmanın baş tutmayacağını bildirmişdi.

O, saytımıza açıqlamasında da vətəndaşlara təkrar müraciət edib: “Karantin qaydalarını pozmamaq üçün xahiş edirəm ki, çox adam toplaşmasın”.

Qeyd edək ki, bu gün Albert Aqarunovun şəhədatə yüksəldiyi gündür.

O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək, 23 yaşında döyüş meydanında qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.Qafqazinfo

 

 

 



Xəbəri paylaş

1325 dəfə oxunub.

Digər xəbərlər