Saytımızı qiymətləndirin


 
 

Ana səhifəİqtisadiyyatMaliyyə29 Yanvar 2018 / 10:58 ABŞ Rusiyanın energetika nazirinin müavini də daxil olmaqla 21 fiziki və 9 hüquqi şəxsə sanksiya tətbiq edib
Tarix: 29-01-2018 | Saat: 11:11
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

abs rusiyanin energetika nazirinin muavini de daxil olmaqla 21 fiziki ve 9 huquqi sexse sanksiya tetbiq edib

ABŞ-ın Federal Xəzinədarlıq İdarəsi Ukrayna ilə münaqişə və Krımın işğalı ilə əlaqədar Rusiya və Ukraynanın 21 fiziki şəxs və 9 hüquqi şəxsinə qarşı yeni sanksiyalar tətbiq edib.

 

"Qarabaginfo" "Apa-Economics"ə istinadən xəbər verir ki, sanksiyaya məruz qalanlar arasında Rusiyanın energetika nazirinin müavini Andrey Çerezov da var. Bundan başqa, Rusiyanın Energetika nazirliyinin elektroenergetikanın operativ nəzarət və idarə olunması departamentinin rəhbəri Yevgeniy Qrabçaka qarşı da sanksiya tətbiq edilib.

 

ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlər üzərində nəzarətin idarəolunması departamenti Ukrayna hökumətinin icazəsi olmadan bu ölkəyə məxsus ərazilərdə hakimiyyətdə təmsil olunan 11 şəxsi də sanksiyalar siyahısına salıb.

 

Sanksiya siyahısında Sevastopolun qubernatoru Dmitriy Ovsyannikov da daxil olmaqla, "ABR Managament, "Evro Polis", "İnstar Logistics", "Vneştorqoservis", "Qaz Alyans" və digər şirkətlərin rəhbərlərinin də adları var.



Xəbəri paylaş

608 dəfə oxunub.

Digər xəbərlər