Saytımızı qiymətləndirin


 
 

Ermənistan Azərbaycana atmaq üçün nüvə silahı axtarıb - İDDİA
Tarix: 13-04-2021 | Saat: 16:47
Bölmə:Karusel / Region | çapa göndər

44 günlük Vətən Müharibəsi həm də ermənilərin iç üzünü düyaya bir daha göstərmiş oldu.

 

Baltalanmış təbiət, yandırılmış evlər, güllələnmiş ev heyvanları Ermənistanın əl işi kimi dünyada “məhşurlaşdı”.

 

Şuşada tapılan “İsgəndər” raketinin qalıqları da bu sıradadır.

 

Qarabaginfo.az xəbər verir ki, bununla kifayətlənməyən ermənilər müharibə dövründə nüvə başlıqlı silah almaq üçün xarici havadarlarına müraciət ediblər. Ancaq onların bu müraciəti cavbsız qalıb. Şübhə yoxdur ki, əgər ermənilər belə bir silah əldə etsəydilər, onu mütləq Azərbaycana atacaqdılar.

 

Nüvə başlıqlı raket dünyada sadəcə 9 ölkədə var və çox bahalı silahdır.

 

 

Nüvə silahı əldə etməyin o qədər də asan olmadığını bildirib:

“Bu haqda dəqiq məlumatım olmasa da, Ermənistanın necə terrorçu dövlət olduğunu və bütün ghörünməmiş vəhşiliklərə əl atdıqlarını hər kəs bilir. Bu günə qədər törədilən cinayətlərin tərkibi prinsip cəhətdən bunu göstərir ki, erməni tərəfi heç bir cinayətdən çəkinmir.

 

Bütün dünya Azərbaycan ərazisində ermənilər tərəfindən vandalizmin pik səviyyəsi ilə qarşılaşıb. Ona görə də ermənistanın adı gələndə heç nə istisna deyil.

 

Ermənistanın nüvə silahını əldə etmək üçün büdcəsi yoxdur. Nüvə silahını hər istəyən dövlət əldə edə bilməz. İnanıram ki, Ermənistan faciəyə səbəb olacaq cinayəti törətmək üçün nüvə başlığı olan silahı əldə etmək istəyib. Bununla düşmənçiliyin  heç bir sərhəddi olmadığını göstərir. Hər halda bu məlumatın müəyyən bir mənbəyi var və aydınlaşdırılacaq”.

(Modern.az)



Xəbəri paylaş

1319 dəfə oxunub.

Digər xəbərlər