Ermənilər Kərkicahan qəsəbəmizi minalardan təmizləməyə başladı…
Tarix: 20-03-2021 | Saat: 20:10
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1500 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-03-2021 | Saat: 20:10
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Əgər düşmənlər mina formulyarlarını vermək istəmirlərsə, elə bütün digər ərazilərimizdəki minaları da onların özlərinə, bizdə qalan əsirlərinə təmizlətmək gərəkdir...
Azərbaycanın Xankəndi və Yuxarı Qarabağdakı digər məntəqələrində Rusiya hərbçilərinin himayəsində hələ də ürək bulandıran qondarma separatçı-terrorçu erməni rejimi bu gün və sabah Kərkicahan qəsəbəsi ərazisini mina və partlamamış digər qurğulardan təmizləyəcək.
Qarabaginfo.az xəbər verir ki, bu haqda separatçı xuntanın qanunsuz “daxili işlər idarəsi” məlumat yayıb.
Xankəndi və digər yaxın məntəqələrdəki ermənilər partlayış səsləri eşidərkən təşvişə düşməmək barədə xəbərdar edilib.
Qısa xatırlatma:
Kərkicahan — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xankəndinin cənub-qərbində yerləşir Kərkicahanın iqlimi mülayim-istidir. Burada pambıq, fındıq, kök, əzgil, taxıl, göyərti bitkilərinin əkini geniş yayılmışdır. Bu səbəbdən də, Azərbaycanın ən böyük sovxozlarından biri Kərkicahanda idi. Kərkicahanda ətrafında 4 böyük meşə vardır.
28 dekabr 1991-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır...
P.S. Əgər işğalçı, separatçı, faşist xislətli ermənilər mina sahələrinin formulyarlarını vermək istəmirlərsə, elə bütün keçmiş Dağlıq Qarabağ, eləcə də azad edilmiş digər ərazilərimizdəki minaları onların özlərinə, bizdə qalan əsirlərinə təmizlətmək gərəkdir...
Moderator.az
Xəbəri paylaş
Digər xəbərlər
16-10-2024, 10:26
Dövlət Departamenti: ABŞ Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının imzalanmasını COP29-la əlaqələndirməyib
25-04-2022, 07:14
Kosmik turist gəmisi BKS-dən ayrılaraq Yerə qayıdır
20-06-2026, 20:00
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
21-10-2022, 13:12
Ərdoğan: Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında yolun açılması mühüm addımdır
30-11-2021, 14:33
Azad edilən ərazilərdə 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb - RƏSMİ
24-12-2024, 12:15
Son 15 gündə Türkiyədən Suriyaya qayıdanların sayı 25 mini keçib
29-07-2024, 22:26
Azərbaycanın xarici və daxili borcu nə qədərdir? –RƏQƏMLƏR
1-05-2023, 23:06
BMT TŞ-yə sədrlik Rusiyadan İsveçrəyə keçib
16-08-2022, 15:18
Şoyqu erməni həmkarı ilə sülhməramlıların fəaliyyətini müzakirə etdi

















