Ana Sayfa > Karusel / Qarabağ > Ermənilər Kərkicahan qəsəbəmizi minalardan təmizləməyə başladı…

Ermənilər Kərkicahan qəsəbəmizi minalardan təmizləməyə başladı…


20-03-2021, 20:10. Yazar: Admin
Ermənilər Kərkicahan qəsəbəmizi minalardan təmizləməyə başladı…
Əgər düşmənlər mina formulyarlarını vermək istəmirlərsə, elə bütün digər ərazilərimizdəki minaları  da onların özlərinə, bizdə qalan əsirlərinə təmizlətmək gərəkdir...
 
Azərbaycanın Xankəndi və Yuxarı Qarabağdakı digər məntəqələrində Rusiya hərbçilərinin himayəsində hələ də ürək bulandıran qondarma separatçı-terrorçu erməni rejimi bu gün və sabah Kərkicahan qəsəbəsi ərazisini mina və partlamamış digər qurğulardan təmizləyəcək.
 
Qarabaginfo.az xəbər verir ki, bu haqda separatçı xuntanın qanunsuz “daxili işlər idarəsi” məlumat yayıb. 
 
Xankəndi və digər yaxın məntəqələrdəki ermənilər partlayış səsləri eşidərkən təşvişə düşməmək barədə xəbərdar edilib.
 
Qısa xatırlatma:
 
Kərkicahan — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xankəndinin cənub-qərbində yerləşir Kərkicahanın iqlimi mülayim-istidir. Burada pambıq, fındıq, kök, əzgil, taxıl, göyərti bitkilərinin əkini geniş yayılmışdır. Bu səbəbdən də, Azərbaycanın ən böyük sovxozlarından biri Kərkicahanda idi. Kərkicahanda ətrafında 4 böyük meşə vardır.
28 dekabr 1991-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır...
 
P.S. Əgər işğalçı, separatçı, faşist xislətli ermənilər mina sahələrinin formulyarlarını vermək istəmirlərsə, elə bütün keçmiş Dağlıq Qarabağ, eləcə də azad edilmiş digər ərazilərimizdəki minaları onların özlərinə, bizdə qalan əsirlərinə təmizlətmək gərəkdir...
 
Moderator.az

Geri dön