"Fələstindən gəlmiş 3 nümayəndə dedi ki, Xocalı istiqamətində ciddi təhlükə gözlənilir...”
Tarix: 05-03-2021 | Saat: 23:46
Bölmə:Karusel / Siyasət | çapa göndər
1490 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-03-2021 | Saat: 23:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Dərhal Vəfa Quluzadəyə telefon açdım və FAT nümayəndələrini birbaşa hava limanından göndərdim Mütəllibovun qəbuluna...”
“Xocalı soyqırımından öncə ölkədə idarəolunmaz bir durum yaranmışdı. Vahid komandanlıq yox idi. Kim nə bilir, bacarır, edirdi. Təbii ki, hakimiyyətdə vəzifə tutmayanlar dövlət səviyyəsində böyük işlər görə bilməzdi...”
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında 1992-ci il martın 5-6-da Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun istefasına gətirib çıxarmış ictimai-siyasi şərait haqda danışan AMİP lideri Etibar Məmmədov söyləyib.
“Konkret bir misal deyə bilərəm. Xocalı faciəsindən bir müddət əvvəl Bakıya Fələstin Azadlıq Təşkilatının 3 nümayəndəsi gəlmişdi. Onlarla görüşdüm. Söhbət zamanı bildirdilər ki, bizdə etibarlı mənbələrdən olan məlumata görə, Xocalı istiqamətində Azərbaycana qarşı ciddi bir əməliyyat hazırlanır. Mən dərhal o vaxtkı dövlət müşaviri Vəfa Quluzadəyə telefon açdım və FAT nümayəndələrini birbaşa hava limanından göndərdim Ayaz Mütəllibovun qəbuluna... Yəni onlar əllərində çox ciddi məlumatları olan şəxslər idi və öz xidmətlərini təklif edirdilər.... Təəssüf ki, dövlət səviyyəsində bunun qarşısını almaq üçün lazım olan tədbirlər görülmədi və nəticə də çox acınacaqlı alındı...”- deyə Etibar Məmmədov vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
12-01-2026, 12:44
Bakı və Abşeron yarımadasında su təchizatına dair müşavirə keçirilib, Prezident çıxış edib
5-07-2021, 17:04
Reznikov: "Azərbaycanın ərazilərini azad etməsi beynəlxalq səviyyədə tanınmış qaydanın qurulduğunu təsdiqləyir" - MÜSAHİBƏ
31-03-2022, 23:09
Xaçmazda gənc oğlan özünü bıçaqlayıb
15-04-2022, 16:15
Əhali pulunun yarıdan çoxunu ərzağa XƏRCLƏYİB
11-10-2023, 09:29
İsrail dünən gecə Qəzzada HAMAS-ın 80-dən çox hədəfinə zərbə endirib
30-01-2023, 14:18
Orxan Əsgərovun atası: “Oğlumun arzuları böyük idi”
4-07-2025, 12:33
Türkiyə Prezidenti Azərbaycana səfərə gəlib
20-07-2020, 17:24
DİM: İmtahanlarda indiyədək koronavirusa yoluxma qeydə alınmayıb
23-02-2022, 12:07
9-10 manat artan pensiyalar: Ahıllar necə dolansın?
16-12-2025, 12:53
Trampın oğlu nişanlandı


















