Laçın rayon sakinlərinin Covid-19 epidemiyasına qarşı peyvəndləmə işləri davam edir.
Tarix: 13-02-2021 | Saat: 13:15
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1514 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-02-2021 | Saat: 13:15
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
İlkin olaraq Laçın Rayon Mərkəzi Xəstəxanasına vaksinlərin gətirilməsi təmin edilmişdir. Əvvəlcə tibb işçilərinin vaksinasiyasına başlanılmış, 21 yanvar 2021-ci il tarixdən başlayaraq ötən müddət ərzində peyvəndləmə prosesində tibb işçilərinin vaksinasiyası başa çatdrılmışdır.
Qarabaginfo.az xəbər verir ki, qanunvericiliyə uyğun olaraq tibb işçilərinin vaksinasiyası başa çatdırıldıqdan sonra, yaşı 65-dən yuxarı olan rayon sakinlərinin peyvəndləmə prosesinə başlanılmışdır.
Peyvənd üçün Laçın Rayon Mərkəzi Xəstəxanasında 5 xüsusi otaq ayrılmışdır. Burada gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansı problem yarana biləcək şəxslər üçün təcili tibbi yardım otağı da yaradılmışdır. Zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilmiş həmin otaqlarda gün ərzində rayon sakinlərinin peyvəndləməsi aparılır. Vaksinlər tələb olunan normalara uyğun şəkildə xüsusi termoçantalarda gətirilərək Rayon Mərkəzi Xəstəxanasında quraşdırılan soyuducularda saxlanılır.
Peyvəndləmə prosesində iştirak edən rayon sakinləri onlara dövlətimiz tərəfindən göstərilən yüksək tibbi xidmətə görə ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildirmişlər.

Xəbəri paylaş
Digər xəbərlər
13-12-2022, 11:02
“Qızıl top”a namizədlər - Bu dəfə Messi liderdir
26-01-2022, 14:34
Lavrov: “Qərb Ukraynanı Rusiyaya qarşı təxribata sürükləyir“
15-09-2020, 10:37
Ermənilərdən daha bir təxribat - Hərbçimiz yaralandı
19-07-2022, 22:51
Ukrayna ordusu Rusiyaya məxsus təyyarəni vurub
3-07-2022, 22:42
Danimarkada ticarət mərkəzində atışma olub, yaralılar var
1-07-2026, 17:06
Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub
3-03-2025, 11:38
Qazaxıstanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib
8-01-2022, 22:05
Lukaşenko niyə yeni "İttifaq"ın qurulacağı haqda Türk kanalı “TRT”yə danışıb? – İLGİNC DETALLAR
8-05-2024, 17:33
Cevdet Yılmaz: Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” şüarına uyğun olaraq yoluna davam edəcək
30-07-2022, 11:30
Müəllimlərin sertifikasiyasına başlanılır
















