Saytımızı qiymətləndirin


 
 

Məktəblərdə sağlamlıqla bağlı sorğu keçiriləcək
Tarix: 12-02-2021 | Saat: 16:33
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Məktəblərdə sağlamlıqla bağlı sorğu keçiriləcək

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən bu ilin fevral-mart aylarında Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində orta məktəblərdə sağlamlığın qorunması ilə bağlı məlumatlılığın artırılması məqsədi ilə sorğu keçiriləcək. 

Bu barədə Qarabaginfo.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, şagirdlər və məktəb kollektivi arasında keçirilən sorğu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri tərəfindən tərtib olunan xüsusi anket vasitəsilə aparılacaq. Sorğu məktəb mühitini sağlamlaşdırmaq, şagirdlər və məktəb kollektivi arasında sağlam həyat tərzini təbliğ və təşviq etmək məqsədi daşıyır.

Ölkə üzrə 9 iqtisadi rayonu əhatə etməklə, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən 25 məktəbdə aparılacaq sorğu ÜST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsi çərçivəsində həyata keçiriləcək. Bu sırada yer alan təhsil müəssisələri arasında yeganə inklüziv məktəb olan Bakı şəhəri 202 saylı tam orta məktəbdən başlayaraq sorğuya artıq start verilib, şagirdlərin və kollektivin sorğuda fəal iştirakı müşahidə edilib.

Qeyd edək ki, “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilib. Azərbaycan 2017-ci ildən bu şəbəkənin üzvüdür. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.



Xəbəri paylaş

1311 dəfə oxunub.

Digər xəbərlər