Saytımızı qiymətləndirin


 
 

Ermənistanın ölümünü gizlətdiyi 120 hərbçinin adı mətbuata SIZDI
Tarix: 10-02-2021 | Saat: 16:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın Qarabağda verdiyi itkilərin real sayını gizlətməsi heç kəsdə şübhə doğurmur. 

Qarabaginfo.az Ermənistanın antifake.am saytına istinadən xəbər verir ki, ölüm faktı gizlədilən daha 120 hərbçinin adı mətbuata sızıb.


Müxtəlif qoşun növlərində xidmət edən hərbi çağırışçı, könüllü və ehtiyatda olan hərbçilərdən ibarət siyahıda fotolar və təvəllüd də göstərilib.

 

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Qarabağda ölən hərbçilərin sayının 4 mini keçməyəcəyini söyləsə də, müstəqil ekspertlər və müxalifət ölü sayının azı 5 min olacağını bildirib. Hakimiyyətin hər vəchlə ölü sayını gizlətməsi isə iqtidarın xalqın qəzəbindən qorxması ilə əlaqələndirilir.

Bu günə qədər Qarabağda ölən yalnız 2194 hərbçinin adı ictimaiyyətə açıqlanıb.

 

Ölümü gizlədilən 120 hərbçi barədə məlumatı aşağıdakı linkdən əldə etmək olar.

https://antifake.am/am/news/9003 



Xəbəri paylaş

1323 dəfə oxunub.

Digər xəbərlər