Saytımızı qiymətləndirin


 
 

Sumqayıtda kişi qonşusuna balta ilə xəsarətlər yetirib
Tarix: 02-02-2021 | Saat: 12:12
Bölmə:Karusel / Kriminal | çapa göndər

Sosial şəbəkələrdə çağırışlara görə həbs edilənlər var

Fevralın 1-də saat 23 radələrində 1950-ci il təvəllüdlü Qurban Səfərova çoxsaylı bədən xəsarətlərinin yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu, 1959-cu il təvəllüdlü Əli Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baltanın küt hissəsi ilə baş nahiyyəsinə zərbələr endirməklə Qurban Səfərovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 Əli Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




147 dəfə oxunub.

Digər xəbərlər