Saytımızı qiymətləndirin


 
 

Şəhidin adını daşıyan bulaq istifadəyə verilib
Tarix: 18-01-2021 | Saat: 17:10
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Şəhidin adını daşıyan bulaq istifadəyə verilib

Kürdəmirdə 2-ci Qarabağ müharibəsi şəhidi Adəm Əliyevin adını daşıyan bulaq istifadəyə verilib.

Qarabaginfo.az xəbər verir ki, Əliyev Adəm İlqar oğlu 2000-ci ilin 19 noyabrında Ağdamın Üçoğlan kəndində dünyaya göz açıb.

2 yaşındayakən ailəsi ilə birgə Kürdəmirə köçüb və burada yaşayıblar. 6 yaşında Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məktəbə gedib. Orta təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanıb.

Qəlbindəki Vətən sevgisi onu ordu sıralarından ayrılmağa qoymur. Belə ki, o, müddətli xidməti bitdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi qalmaq üçün müraciət edib və təlim kurslarını uğurla başa vuraraq yenidən Vətənin keşiyinə yollanıb.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da ön cəbhədə olub. Ağır döyüş tapşırıqlarının yerinə yetirilməsində, düşmənin canlı qüvvəsi, eləcə də texnikasının məhv edilməsində böyük qəhrəmanlıq və şücaət göstərib. Sentyabrın 26-sı ailəsi ilə telefon əlaqəsi saxlayıb və hər şeyin yaxşı olduğunu deyib. İki gün sonra isə ailəsinə Adəmin şəhid xəbəri verilib.
Ruhunun əbədiləşdirilməsi məqsədilə yaşadığı rayonda şəhidin adını daşıyan bulaq istifadəyə verilib. Bulağın açılışında idarə və müəssisə nümayəndələri, şəhidin qohumları, yaxınları və rayon ictimaiyyəti iştirak edib. Məktəblilərin vətənpərvərlik mövzusunda şeirləri səslənib, şəhid Adəm Əliyevin keçdiyi həyat və döyüş yoluna nəzər salınıb. (Report)

 

 



Xəbəri paylaş

333 dəfə oxunub.

Digər xəbərlər