General göstəriş verdi, yol polisi hərəkətə keçdi – Azərbaycanda ilk (VİDEO)
Tarix: 04-01-2018 | Saat: 14:12
Bölmə:--- | çapa göndər
93 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-01-2018 | Saat: 14:12
Bölmə:--- | çapa göndər
Azərbaycanda ilk dəfə olaraq yol polisi rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobuslarla istirahətə gedən turistləri müşaiyət edib.
"Qarabaginfo" "Unikal.org"-a istinadən xəbər verir ki, yanvarın 3-də istirahət gününün sonuncu günü olduğu üçün yollarda yarana biləcək sıxlığı və təhlükəli vəziyyəti nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Yol-Patrul Xidməti Alayına ayrıca göstəriş verib. Göstəriş əsasında hava şəraiti ilə əlaqədar, habelə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün istiqamətlərdə marşrut avtobusları patrul avtomobilləri ilə müşayiət olunublar.
Qeyd edək ki, belə hallar əvvəllər də baş verib. Lakin bu dəfə yol polisləri kütləvi şəkildə bu işə cəlb olunublar. Yol-Patrul Xidməti Alayının hər bir taqımının şəxsi heyəti öz ərazilərinə daxil olan avtobusları 8-10 maşından ibarət qrup halında müşaiyət edərək növbəti taqıma təhvil verib. Beləliklə, həmin avtobuslar növbəli şəkildə Sumqayıt şəhərinə, eyni zamanda, Bakının girşinə qədər müşaiyət olunub. Qarşıda patrul avtomobili olduğu üçün Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Astara yolu ilə hərəkət edən avtobuslar eyni sürət rejimində və bir cərgə üzrə tam təhlükəsiz şəkildə sərnişinləri mənzil başına çatdırıblar. Ən böyük yük isə yol polisinin Qaradağ, Saray və Zarat postlarının üzərinə düşüb. Hər iki istiqamətdə gün ərzində 200-dən artıq avtobus və mikroavtobus müşaiyət olunara Bakıya yola salınıb.
Mikroavtobuslarla rayonlara səyahət edən xarici ölkə vətəndaşları, eləcə də yerli turistlər və sərnişinlər yol polisinin bu addımını müsbət qiymətləndiriblər. Elə sürücülər də təhlükəsizlik baxımından müşaiyətlə hərəkəti üstün tutublar. Onlar bilriblər ki, yol polisi onsuz da yollarda onlara hər zaman dəstək olur, kömək edir. Bu dəfə isə tam fərqli formada köməyə gəliblər.
Bir qrup xarici hərbçi qonağın olduğu avtobusu Qubaya qədər YPXA-nın 1-ci taqımının komandiri, mayor Ürfət Şükürov özü müşaiyət edib. Taqım komandiri daha sonra Bakıya gələn 9 avtobusu da müşaiyət edərək Xırdalan dairəsinə çatdırıb.
Yol polisinin gördüyü tədbirlər nəticəsində Bakınin giriş nöqtələrində hər hansı qəza, tıxac və digər xoşagəlməz hal baş verməyib.
DYP-nin Zarat, Qaradağ, Müşfiq postlarının ərazisindən çəkilən videoları təqdim edirik:
Azərbaycanda ilk dəfə olaraq yol polisi rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobuslarla istirahətə gedən turistləri müşaiyət edib.
Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, yanvarın 3-də istirahət gününün sonuncu günü olduğu üçün yollarda yarana biləcək sıxlığı və təhlükəli vəziyyəti nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Yol-Patrul Xidməti Alayına ayrıca göstəriş verib. Göstəriş əsasında hava şəraiti ilə əlaqədar, habelə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün istiqamətlərdə marşrut avtobusları patrul avtomobilləri ilə müşayiət olunublar.
Qeyd edək ki, belə hallar əvvəllər də baş verib. Lakin bu dəfə yol polisləri kütləvi şəkildə bu işə cəlb olunublar. Yol-Patrul Xidməti Alayının hər bir taqımının şəxsi heyəti öz ərazilərinə daxil olan avtobusları 8-10 maşından ibarət qrup halında müşaiyət edərək növbəti taqıma təhvil verib. Beləliklə, həmin avtobuslar növbəli şəkildə Sumqayıt şəhərinə, eyni zamanda, Bakının girşinə qədər müşaiyət olunub. Qarşıda patrul avtomobili olduğu üçün Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Astara yolu ilə hərəkət edən avtobuslar eyni sürət rejimində və bir cərgə üzrə tam təhlükəsiz şəkildə sərnişinləri mənzil başına çatdırıblar. Ən böyük yük isə yol polisinin Qaradağ, Saray və Zarat postlarının üzərinə düşüb. Hər iki istiqamətdə gün ərzində 200-dən artıq avtobus və mikroavtobus müşaiyət olunara Bakıya yola salınıb.
Mikroavtobuslarla rayonlara səyahət edən xarici ölkə vətəndaşları, eləcə də yerli turistlər və sərnişinlər yol polisinin bu addımını müsbət qiymətləndiriblər. Elə sürücülər də təhlükəsizlik baxımından müşaiyətlə hərəkəti üstün tutublar. Onlar bilriblər ki, yol polisi onsuz da yollarda onlara hər zaman dəstək olur, kömək edir. Bu dəfə isə tam fərqli formada köməyə gəliblər.
Bir qrup xarici hərbçi qonağın olduğu avtobusu Qubaya qədər YPXA-nın 1-ci taqımının komandiri, mayor Ürfət Şükürov özü müşaiyət edib. Taqım komandiri daha sonra Bakıya gələn 9 avtobusu da müşaiyət edərək Xırdalan dairəsinə çatdırıb.
Yol polisinin gördüyü tədbirlər nəticəsində Bakınin giriş nöqtələrində hər hansı qəza, tıxac və digər xoşagəlməz hal baş verməyib.
DYP-nin Zarat, Qaradağ, Müşfiq postlarının ərazisindən çəkilən videoları təqdim edirik:
Xəbəri paylaş
Digər xəbərlər
17-09-2020, 11:22
Deputat: “Əfv Komissiyanın əvvəlki üzvlərinin qanunsuz hərəkətləri barədə məlumat almışam”
14-03-2022, 14:18
5 gəmiçi məsuliyyətə cəlb olundu - Foto
22-02-2021, 14:52
Yeni baş nazir ilk səfərini Azərbaycana edəcək
7-04-2022, 16:43
ÜST Ukraynada mümkün kimyəvi hücumlara qarşı hazırlıqlara başlayıb
2-10-2026, 15:54
Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib
5-06-2024, 07:51
Ukrayna XİN Çinin “sülh planı” ilə bağlı bəyanatını şərh edib
8-09-2025, 14:20
KİV: Aİ nümayəndə heyəti Rusiyaya qarşı sanksiyaları müzakirə etmək üçün Vaşinqtona səfər edəcək
11-08-2021, 14:35
DİM 15 rayon və şəhərdə imtahan keçirib
24-10-2021, 09:42
Ukrayna XİN rəhbəri: “Ölkənin NATO-ya üzvlüyü sadəcə zaman məsələsidir”
29-10-2021, 21:59
Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü münasibətilə Bakı Olimpiya Stadionunu üzərində qardaş ölkənin bayrağı proyeksiya olunub
















