Saytımızı qiymətləndirin


 
 

Rusiyada koronavirusa yoluxanların sayı kəskin artdı
Tarix: 18-03-2020 | Saat: 17:27
Bölmə:--- | çapa göndər

 

 

Rusiyada koronavirusa yoluxanların sayı 147 nəfərə çatıb.

"Qarabaginfo" “Report.az”a istinadən xəbər verir ki, son 1 gündə 33 nəfərdə koronavurus aşkarlanıb.

Moskvada 31, Tomsk və Novosibirsk vilayətlərinin hər birində isə 1 nəfərdə virus qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 170 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 204 610-yə çatıb. Bunların 82 866 nəfəri sağalıb, 8 269 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 



Xəbəri paylaş

71 dəfə oxunub.

Digər xəbərlər

17-08-2025, 22:58Paşinyan üzr istədi