Saytımızı qiymətləndirin


 
 

İŞİD Əfqanıstanda hərbi akademiyaya hücum edib, beş hərbçi həlak olub - YENİLƏNİB
Tarix: 29-01-2018 | Saat: 10:23
Bölmə:--- | çapa göndər

 


 

isid efqanistanda herbi akademiyaya hucum edib bes herbci helak olub yenilenib
 

"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir, Əfqanıstanın paytaxtı Kabildə hərbi akademiyaya hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

Hadisə nəticəsində 5 əfqan hərbçisi həlak olub, daha 10 nəfər yaralanıb.

 

Hücum edənlərdən 4-ü öldürülüb, biri ələ keçirilib.

 

 

***

 

07.20

 

Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslərdən ibarət dəstə hərbi akademiyaya hücum edib. 

 

"Qarabaginfo"nun "Apa.az"a istinadən verdiyi xəbərə görə, hazırda  atışma davam edir, ərazidə partlayışların eşidildiyi bildirilir. 

 

Rəsmi qurumlar ali hərbi təhsil müəssisəsinə terrror hücumunun törədildiyini təsdiqləyiblər. 

 

Məlumata görə, terrorçular bu dəfə Marşal Fahim adına Milli Hərbi Universiteti hədəf seçiblər.  

 

Hazırda təhsil müəssisəsinə aparan bütün yollar bağlanılıb. 

 

Ölənl və yaralananlar barədə hələlik məlumat yoxdur. 



Xəbəri paylaş

94 dəfə oxunub.

Digər xəbərlər

17-08-2025, 22:58Paşinyan üzr istədi