Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev Milli Məclisin daxili nizamnaməsinə dəyişikliyi təsdiqlədi
Tarix: 28-04-2020 | Saat: 15:47
Bölmə:Manşet / Karusel / Sosial | çapa göndər

İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 3-cü maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilib:

“Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir”.

Bu Qanun 2020-ci il dekabrın 30-dək qüvvədədir.



Xəbəri paylaş

396 dəfə oxunub.

Digər xəbərlər