Tarix: 20-12-2021 | Saat: 15:00
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”un təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, 2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol” təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan və Türkiyə Respublikası tərəflərinə bildiriş göndərməlidir.
Digər xəbərlər