Saytımızı qiymətləndirin


 
 

Mehriban Əliyeva Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib
Tarix: 08-11-2021 | Saat: 10:22
Bölmə:Manşet / Karusel | çapa göndər

 

Mehriban Əliyeva Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.

Qarabaginfo.az paylaşımı təqdim edir:

"Əziz həmvətənlər!

Vətən müharibəsində əldə edilən şanlı Qələbənin birinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm!

Sözlə ifadə edə bilmədiyim, daxilimizdə, qəlbimizdə yaşayan hissləri bizə bəxş edən Uca Tanrıya şükürlər olsun. Hər bir azərbaycanlı bu Qələbəni gözləyirdi, hər bir azərbaycanlı haqlı olaraq bu Qələbə ilə fəxr edir! Müzəffər Ordumuza, qəhrəman əsgər və zabitlərimizə, mərd və qorxmaz, hər zaman sözünün sahibi olan Prezidentimizə “çox sağ olun” deyirəm!

Unudulmaz şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Əyilməz iradəli, torpaq və ləyaqət uğrunda ölümə gedən övladlar böyütmüş ana və atalar qarşısında baş əyirəm. Azərbaycan xalqı, Azərbaycan vətəndaşı, gözün aydın, başın daim uca olsun!

Biz əl-ələ verib, çətin və şərəfli yolu birlikdə addımlayaraq Qələbə zirvəsinə ucalmışıq! Qalib xalq kimi birliyimizi və müstəqil Azərbaycanımızı qorumaq bizim müqəddəs borcumuzdur! Uca Tanrı Azərbaycan xalqını və Azərbaycanı qorusun!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".

 



Xəbəri paylaş

268 dəfə oxunub.

Digər xəbərlər