Tarix: 31-03-2018 | Saat: 13:09
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
Martın 31-də 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Qubada Soyqırımı Memorial Kompleksinə yürüş təşkil olunub.
"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, yürüşdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları və ölkəmizin bütün bölgələrindən vətəndaşlar iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən təşkil olunan yürüş Dövlət Pedaqoji Universitetinin Quba filialının qarşısından Memorial Kompleksə qədər davam edib.
Minlərlə insanın qatıldığı yürüşdə “Erməni vandalları cəzalandırılsın!”, “Ermənistanın 100 illik terroru!”, “1918-ci il soyqırımını unutmadıq!”, “Xocalıya ədalət!” şüarları səsləndirilib.
Yürüş iştirakçıları Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirə abidəsinin önünə əklil və gül dəstələri qoyublar.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra onların ruhuna dualar oxunub.
Digər xəbərlər