Saytımızı qiymətləndirin


 
 

Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - Video
Tarix: 02-01-2026 | Saat: 11:29
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

baki-samaxi-yolunda-hereket-cetinlesdi

Güclü qar Bakı-Şamaxı yolunda sürücülərə çətin anlar yaşadıb.

Qarabaginfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, havanın qəfil pisləşməsi səbəbilə hərəkət çətinləşib.

Əksər avtomobillər yolun kənarında dayanmaq məcburiyyətində qalıblar.

Həmin yoldan görüntüləri təqdim edirik:

***

Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı və Muğanlı-İsmayıllı avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Bu barədə DİN-in Mətbuat xidmətinin regional bölməsindən məlumat verilib.

Bildirilib ki, digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, qum və duz səpilir.

Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.

 

 

 



Xəbəri paylaş

85 dəfə oxunub.

Digər xəbərlər