Saytımızı qiymətləndirin


 
 

Yunanıstanda vergi artımına etiraz olaraq ümummilli tətil başlayır
Tarix: 16-12-2025 | Saat: 08:40
Bölmə:Karusel / Dünya | çapa göndər

Yunanıstanda vergi artımına etiraz olaraq ümummilli tətil başlayır

Yunanıstanın Dövlət Sektoru Həmkarlar İttifaqları Ali Şurası (ADEDY) 2026-cı il üçün nəzərdə tutulan və vergilərin kəskin artırılmasını ehtiva edən dövlət büdcəsinə etiraz olaraq 24 saatlıq ümummilli tətilə başlayıb.

Tətilə ölkənin digər iri həmkarlar ittifaqları – Yerli Özünüidarəetmə Orqanları İşçilərinin Ümumyunаn Federasiyası (POE-OTA) və Orta Təhsil Müəllimləri Federasiyası (OLME) də qoşulub.

Bu səbəbdən bələdiyyə qurumları fəaliyyət göstərməyəcək, dövlət məktəbləri isə bağlanacaq.

İctimai nəqliyyatda isə qismən məhdudiyyətlər gözlənilir. Yalnız avtobus sürücülərinin həmkarlar ittifaqı tətilə qoşulduğunu açıqlayıb, bu da avtobusların hərəkət cədvəlində dəyişikliklərə səbəb olacaq. Metro və digər nəqliyyat növləri adi rejimdə fəaliyyət göstərəcək.

Həmkarlar ittifaqları Afinanın mərkəzi Sintagma meydanında, parlament binası qarşısında kütləvi etiraz aksiyası keçirməyi planlaşdırır və bütün zəhmətkeşləri aksiyada iştiraka çağırır.

ADEDY bəyan edib ki, hökumətin “anti-xalq xarakterli” adlandırdığı yeni büdcə əməkçilər üçün vergi yükünü artırır, iri biznes qruplarına isə əlavə imtiyazlar verir. Qurumun məlumatına görə, dövlət qulluqçuları aşağı maaşlar səbəbindən dolanışıq çətinliyi yaşadığı bir vaxtda hökumət hərbi iqtisadiyyata 21 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.



Xəbəri paylaş

15 dəfə oxunub.

Digər xəbərlər