Azərbaycanlı alimin məqaləsi dünyanın geosiyasət sahəsində nüfuzlu jurnalında dərc edildi
Tarix: 11-12-2025 | Saat: 23:05
Bölmə:Karusel / Təhsil | çapa göndər
192 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-12-2025 | Saat: 23:05
Bölmə:Karusel / Təhsil | çapa göndər
AMEA-nın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin, Rumıniyanın "Liceul International Maarif Schools" tələbəsi Rauf Həsənzadə ilə birlikdə beynəlxalq münasibətlər və geosiyasət sahəsində nüfuzlu jurnalı "Revista GeoPolitica" da "Zəngəzur dəhlizi: Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu" adlı məqaləsi dərc edilib.
Dünyanın nüfuzlu siyasi xadimləri, diplomatiya və beynəlxalq münasibətlər sahəsində mütəxəssislərin araşdırmaları olan jurnalda dərc edilən məqalədə qeyd edilir ki, ən müxtəlif səviyyələrdə ciddi müzakirələrə səbəb olan Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu (TRIPP) layihəsi iştirakçı ölkələr üçün Avrasiya logistikasının transformasiyası prosesinin başlanması və Yeni İpək Yolunda əsas oyunçular olan ölkələrin rolunun əsaslı şəkildə yeni müstəviyə çıxmaları ilə səciyyələndirilir.
Layihənin ikinci hissəsi Qərbdən Tramp marşrutuna qoşularaq, onun Anadolu istiqamətində fəaliyyətini təmin etməli olan Qars-Dilucu dəmir yolu layihəsidir ki, bunun tikintisinə də artıq Türkiyə hakimiyyəti tərəfindən rəsmən start verilib.
Bu meqalayihənin Avrasiya regionunun geosiyasi arxitekturasına verəcəyi töhfələrlə yanaşı, sülh və əmin-amanlığın təminatına xidmət edəcəyi də bəllidir. Lakin buna baxmayaraq, layihənin həyata keçirilməsinin hansı geoiqtisadi və geosiyasi risklərlə üzləşə biləcəyi hələ də ciddi mübahisələr doğurmaqdadır. Məhz bu səbəbdən istər region ölkələrinin, istərsə də dünyanın bir sıra mühüm aktorlarının siyasi şərhçiləri və iqtisadi, siyasi ekspertləri müntəzəm olaraq media müstəvisində bu mövzuda müzakirələr açırlar.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:
Xəbəri paylaş
Digər xəbərlər
19-04-2024, 13:50
Lavrov Ukrayna ilə İstanbul razılaşmalarının bəzi məqamlarını açıqlayıb
7-04-2023, 16:10
Ən yüksək balı o toplayıb
25-10-2022, 11:52
AMEA-ya yeni prezident seçilir - YENİLƏNİR
6-01-2021, 16:11
“Bakı Metropoliteni”nin keçmiş rəisi vəfat edib
25-06-2025, 17:25
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib
10-12-2020, 12:12
“Milli Qəhrəman” adı verilənlərə Prezidentin aylıq təqaüdü təyin edildi
11-10-2021, 17:47
Sahil Babayev şəhid ailələri üçün yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib
30-08-2024, 14:25
Kreml Putinin səfər edəcəyi Monqolustanın BCM üzvü olmasından heç bir narahatlıq keçirmir
31-05-2022, 06:16
ABŞ-ın yeni səfiri Kiyevə gəlib
6-10-2025, 16:14
Müdafiə naziri Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb




















