Saytımızı qiymətləndirin


 
 

Mütəxəssis axşam yeməyinin ideal vaxtını açıqladı
Tarix: 27-11-2025 | Saat: 17:16
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Süfrə

Süfrə

Axşam yeməyinin düzgün vaxtda qəbulu həm yuxu keyfiyyətinə, həm də həzm sisteminə birbaşa təsir göstərir.

Qarabaginfo.az xəbər verir ki, dietoloq-endokrinoloq Darya Dibrova “Gazeta.ru”ya açıqlamasında axşam yeməyinin yuxudan ən azı iki saat əvvəl başa çatdırılmasının vacib olduğunu deyib. Onun sözlərinə görə, bu qaydaya əməl etmək gecə yanğısı və səhər qarında yaranan ağırlıq hissinin qarşısını alır.

Mütəxəssis axşam rasionuna maqneziumla zəngin qidaların — ispanaq, brokoli, avokado, çərəzlər və toxumların daxil edilməsini tövsiyə edir. Bu məhsullar sinir sisteminin sakitləşməsinə kömək edir. Dibrovanın fikrincə, gün ərzində dolğun səhər yeməyi və nahar qəbul edən şəxslərin gecə yeməyinə ehtiyacı azalır.

O, həmçinin bildirib ki, insulinə həssaslığın azalması (insulinədavamlılıq) olan şəxslərə həkim göstərişi ilə ara rejimli qidalanma üsulu tətbiq oluna bilər. Bu halda axşam yeməyi ya naharla eyni vaxta düşür, ya da ümumiyyətlə qəbul edilmir.

Mütəxəssislər səhər yeməyinin yuxudan sonra ilk saatda qəbul edilməsinin daha faydalı olduğunu qeyd edirlər. Bu, orqanizmin gecədən sonra maddələr mübadiləsini sürətləndirməsinə kömək edir.



Xəbəri paylaş

76 dəfə oxunub.

Digər xəbərlər