Tarix: 04-11-2025 | Saat: 18:58
Bölmə:Karusel / Dünya | çapa göndər

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) rolu təkcə maliyyə və ya texniki yardım göstərməkdən ibarət deyil.
Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda keçirilən “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu”nda çıxışı zamanı EBRD-nin Qafqaz regionu üzrə direktoru Alkis Drankinos deyib.
O, bankın innovasiyaları təşviq edən “Star Venture” adlı proqramının olduğunu qeyd edib: “2019-cu ildən tətbiq olunan bu proqram yeni və sürətlə inkişaf edən startapları dəstəkləmək məqsədi daşıyır. Əvvəlcə 3 ölkədə pilot olaraq başlayan proqram indi 26 bazarda fəaliyyət göstərir, 350-dən çox şirkət və 36 akseleratoru dəstəkləyir. Azərbaycanda isə 2022-ci ildən etibarən 10-dan çox yerli startap bu proqramdan yararlanıb. Bu startaplar müxtəlif sahələrdə, yəni məlumat texnologiyaları, xidmətlər və innovativ həllər üzrə fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda İKT sahəsində 200-dən çox layihəni dəstəkləyirik və bu, ölkənin innovativ iqtisadiyyatının möhkəmlənməsinə töhfə verir”.
Alkis Drankinos bildirib ki, digər önəmli təşəbbüslərdən biri də StrategEast IT Hub proqramıdır: “Bu proqram 2022-ci ildə Bakıda yaradılıb və Avropa Yenidənqurma və İnkişaf Bankının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və StrategEast təşkilatının birgə təşəbbüsüdür. Proqram çərçivəsində Gəncə, Lənkəran, Şirvan və Naxçıvan kimi bölgələrdən 85 gənc müasir İT bacarıqları üzrə təlim keçib və bir çoxu artıq proqram təminatı üzrə beynəlxalq sertifikatlar alıb”.
Bankın rəsmisi əlavə edib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq edərək ölkənin su təhlükəsizliyi məsələlərinin həllində rəqəmsal yanaşmaları inkişaf etdirirlər.
Digər xəbərlər















%20(4):1200.jpg)

