Saytımızı qiymətləndirin


 
 

Azərbaycanla Türkiyə arasında sığorta sektoru üzrə Anlaşma Memorandumu imzalanıb
Tarix: 29-10-2025 | Saat: 17:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanla Türkiyə arasında sığorta sektoru üzrə Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Türkiyə arasında sığorta sektorunda qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib. Məlumata görə, AMB sədri Taleh Kazımov Türkiyə Sığorta və Özəl Pensiyaları Tənzimləmə və Nəzarət Agentliyinin sədri Davut Menteşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı hər iki ölkənin sığorta sektorunda qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Qeyd edilib ki, bu Memorandum qurumlar arasında sığorta sektorunda tənzimləmə və nəzarət sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşviqinə xidmət edəcək.

"Memorandum iki qardaş ölkənin maliyyə sistemləri arasında inteqrasiyanın dərinləşdirilməsinə, o cümlədən regional səviyyədə sığorta sektorunun dayanıqlı inkişafına mühüm töhfə verəcək"- Taleh Kazımov əlavə edib.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər