Saytımızı qiymətləndirin


 
 

Putin Rusiya qoşunlarının Ukraynada bütün istiqamətlərdə irəlilədiyini bildirib
Tarix: 29-10-2025 | Saat: 16:31
Bölmə:Karusel / Dünya | çapa göndər

Picture background

"Xüsusi hərbi əməliyyat" zonasında vəziyyət Rusiya qoşunları üçün əlverişli şəkildə inkişaf edir.

Qarabaginfo.az-ın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hospitalda hərbçilərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları “xüsusi hərbi əməliyyat” zonasında bütün istiqamətlərdə irəliləyirlər.

Putin Rusiyanın hazırda “xüsusi hərbi əməliyyat” zonasında uzunmüddətli təhlükəsizliyini təmin etdiyini vurğulayıb.

Putin mühasirədə qalan Ukrayna hərbçiləri barədə də danışıb. O qeyd edib ki, Kupyansk və Krasnoarmeyskdə Ukrayna hərbçiləri mühasirəyə alınıb.

Putin bildirib ki, Ukrayna siyasi rəhbərliyi mühasirədə qalan vətəndaşlarının taleyinə qərar verməlidir: "Kiyevin mühasirəyə alınmış Ukrayna Silahlı Qüvvələrinin qoşunlarının taleyi ilə bağlı qərar vermək imkanı olacaq, necə ki, onlar bir vaxtlar Azovstalda etdikləri kimi".

O, Rusiya hərbçilərinin xarici jurnalistlərin Ukrayna Silahlı Qüvvələrinin Krasnoarmeysk və Kupyanskdakı mühasirəyə alınmış ərazilərinə daxil olmasına icazə verməyə hazır olduğunu da əlavə edib.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər