Saytımızı qiymətləndirin


 
 

Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklik edilir - VİDEO
Tarix: 06-10-2025 | Saat: 13:52
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklik edilir - VİDEO

Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklik edilir.

Bu barədə Qarabaginfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Mərdəkan prospektində hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə müvafiq təhlillər aparılıb.

Hazırda hava limanının ərazisindən çıxan nəqliyyat vasitələri Mərdəkan prospektinin kənar yolu ilə əksinə hərəkət edərək müxtəlif səviyyəli yol qovşağına istiqamətlənməklə Əli İsazadə küçəsinə yönləndirilir. Bu da nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükəsizlik problemlərinin, qəza hallarının yaranmasına gətirib çıxarır.

Problemin aradan qaldırılması məqsədilə Mərdəkan prospektinin kənar yoluna müvafiq yol nişanları quraşdırılaraq hərəkət istiqaməti dəyişdirilir və hərəkət Zığ şosesi ilə birləşmədəki yol qovşağına yönləndirilir.



Xəbəri paylaş

96 dəfə oxunub.

Digər xəbərlər