Rusiya vətəndaşlarının 79,1%-i prezident Vladimir Putini dəstəkləyir.
Qarabaginfo.az bildirir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə İnstitunun keçirdiyi sorğunun açıqlanan nəticələrinə qeyd olunub.
Araşdırma nəticəsində məlum olub ki, respondentlərin 75,4%-i dövlət başçısının fəaliyyətini bəyənir. Rusiyalıların cəmi 16%-i prezidentə etimadsızlığını bildirib. Respondentlərin 14,6%-i onun fəaliyyətini mənfi qiymətləndirib.
Respondentlərin 47,9%-i Rusiya hökumətinin fəaliyyətini bəyənib. 20% Nazirlər Kabinetinin fəaliyyətini bəyənməyib. Respondentlərin 60,1%-i baş nazir Mixail Mişustinə etibar etdiyini bildirib. Sorğuda iştirak edən rusların 19,7%-i əks fikir bildirib.
Dövlət Dumasına yaxın vaxtlarda seçkilər keçirilsə, səs verəcək partiyadan danışarkən respondentlərin 34,4%-i Vahid Rusiyanı, 10,9%-i Rusiya Liberal Demokrat Partiyasını, 9,7%-i Rusiya Federasiyası Kommunist Partiyasını, 8,6%-i Yeni Xalq Partiyasını, 3,6%-i “Ədalətli Rusiya Uğrunda – Vətənpərvərlər” partiyasını qeyd edib.
Respondentlərin 9,3%-i heç bir parlament partiyasının adını çəkməyib.
Sorğu 22-28 sentyabr tarixlərində mobil nömrələrin təsadüfi seçilməsi ilə telefon müsahibələrindən istifadə etməklə aparılıb. Sorğuda yaşı 18-dən yuxarı olan ümumilikdə 1600 rusiyalı iştirak edib.