Saytımızı qiymətləndirin


 
 

Uitkoff şirkətindəki payını 120 milyon dollara satıb
Tarix: 15-09-2025 | Saat: 08:25
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff

BŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff

ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff özünə məxsus "Witkoff Group" şirkətindəki payını 120 milyon dollara satıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi maliyyə bəyannaməsinə istinadla məlumat yayıb.

Məlumata görə, Uitkoff bu addımı ABŞ administrasiyasındakı vəzifəsi ilə sahibkarlıq fəaliyyəti arasında potensial maraq toqquşmasının qarşısını almaq üçün atıb.

Bəyannamə avqust ayında təqdim olunub, sənəddə isə 30 iyun tarixindən etibarən onun ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətə başladığı qeyd olunur.

Agentlik bildirir ki, Uitkoff Donald Trampın komandasında hələ inauqurasiyadan əvvəl işləməyə başlamışdı.



Xəbəri paylaş

84 dəfə oxunub.

Digər xəbərlər