Saytımızı qiymətləndirin


 
 

Tramp Luiziana ştatına 1000 milli qvardiyaçı göndərməyə hazırlaş
Tarix: 14-09-2025 | Saat: 10:11
Bölmə:Karusel / Dünya | çapa göndər

Tramp Luiziana ştatına 1000 milli qvardiyaçı göndərməyə hazırlaş

Donald Tramp administrasiyasının cinayət nisbətlərini azaltmaq üçün bəzi şəhərlərdə təhlükəsizliyi artırmaq siyasətinin bir hissəsi olaraq Luiziana ştatına 1000 milli qvardiyaçı göndərməyə hazırlaşdığı bildirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Washington Post“ qəzetində dərc olunan məqalədə deyilir.

Əsasən şəhər mərkəzlərində yerləşdirilməsi planlaşdırılan Milli Qvardiya yalnız ştatın Respublikaçı qubernatoru Ceff Landrinin tələbindən sonra öz işinə başlayacaq.

Qeyd edək ki, Tramp Vaşinqtonda təhlükəsizliyi təmin etmək və cinayət nisbətlərini azaltmaq üçün orada Milli Qvardiyanı yerləşdirib, polis əməkdaşlarının sayını artırıb və Vaşinqton Polis Departamentini federallaşdırıb.

Vaşinqtonda təhlükəsizliyi əhəmiyyətli dərəcədə yaxşılaşdırdıqlarını müdafiə edən Tramp, cinayət nisbəti yüksək olan digər ştat və şəhərlərdə də bənzəri tədbirlərin həyata keçiriləcəyini açıqlayıb.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər