Saytımızı qiymətləndirin


 
 

Trampın Avropa liderləri ilə telefon danışığı gərgin keçib
Tarix: 05-09-2025 | Saat: 08:40
Bölmə:Karusel / Dünya | çapa göndər

Picture background

Cümə axşamı ABŞ prezidenti Donald Tramp ilə Almaniya kansleri Fridrix Merz və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də daxil olmaqla Avropa liderləri arasında gərgin telefon danışığı olub.

Qarabaginfo.az bildirir ki, bu barədə BILD  məlumat yayıb. Məlumatda deyilir ki, Tramp avropalıları Rusiyadan neft almaqda ittiham edib.

Avropa liderləri vurğulayıblar ki, Ukraynada müharibə başlayandan bəri Rusiyanın Aİ-yə neft idxalı xeyli azalıb və faktiki olaraq, Rusiyadan yalnız Macarıstan və Slovakiya neft almağa davam edir.

Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff da bildirib ki, Avropa Hindistan vasitəsilə Rusiya neftini alır.

Avropalılar Rusiyaya qarşı sanksiyalarla bağlı işçi qrupun yaradılmasını və 48 saat ərzində Vaşinqtona nümayəndələrin göndərilməsini təklif ediblər. Lakin Trampın birgə fəaliyyətə razı olub-olmadığı hələlik məlum deyil.

Bu gün Parisdə Ukraynanın təhlükəsizliyini təmin edəcək qüvvələrin yaradılmasına və mümkün atəşkəsin dəstəklənməsinə həsr olunmuş “İstəyənlər Koalisiyası”nın iclası keçirilib. Burada ABŞ da daxil olmaqla 26 ölkə iştirak edib.



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər