Saytımızı qiymətləndirin


 
 

Ukraynanın Azərbaycandakı səfiri UDUA-nı ziyarət edib
Tarix: 26-07-2025 | Saat: 19:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Kropivnitskiy şəhərində yerləşən Ukrayna Dövlət Uçuş Akademiyasını (UDUA) ziyarət edib.

Bu barədə  Qarabaginfo.az adıçəkilən ölkənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Səfirə bildirilib ki, Akademiyada bu ali təhsil ocağının kollektivinin təşəbbüsü, Ukrayna Xalq Deputatı Roma Hrişçukun, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun və Səfirlik komandasının dəstəyi ilə ötən il, dekabrın 25-də "Bakı - Qroznı" aviareysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında Rusiya tərəfindən vurulduqdan sonra qəzaya uğrayan "Embraer - 190" tipli sərnişin təyyarəsinin pilotu, Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun adını daşıyan memorial auditoriya və onun həyatı, təhsili, peşə fəaliyyəti və baş vermiş faciəyə həsr olunmuş tematik ekspozisiya yaradılıb.

Ekspozisiyada yerləşdirilən QR-kod vasitəsilə onun haqqında daha ətraflı məlumat əldə etmək mümkündür.

Akademiya rəhbərliyi diqqətə çatdırıb ki, UDUA-da 60 nəfərdən çox azərbaycanlı müdavim təhsil alır.

Görüş zamanı, həmçinin akademiya rəhbərliyi ilə Azərbaycan Respublikasının aviasiya qurumları və təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq konkret addımlar müzakirə olunub.

Səfir Yuri Husyev xatirənin qorunmasına və Ukrayna-Azərbaycan aviasiya tərəfdaşlığının inkişafına görə təşəkkürünü bildirib.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər