Tarix: 24-07-2025 | Saat: 10:19
Bölmə:Karusel / İdman | çapa göndər
17– 25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.
Bu barədə Qarabaginfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.
Ölkəmizi təmsil edən komanda iyulun 16-da Xorvatiyaya yola düşüb.
Komandamız 1/4 final mərhələsində Fransa yığmasını 5:4 hesabı ilə məğlub edərək yarımfinal mərhələsinə yüksəlib.
Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilir.
Digər xəbərlər