Tarix: 18-02-2025 | Saat: 15:45
Bölmə:Karusel / Region / İqtisadiyyat | çapa göndər
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tbilisiyə səfəri çərçivəsində Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini, əsas istiqamətləri və gələcək prioritetləri, həmçinin həyata keçirilən layihələri müzakirə ediblər.
Görüş zamanı Orta Dəhlizin artan roluna və onun rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi üçün tərəflərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərə diqqət yetirilib.
Qeyd edilib ki, tərəflər Gürcüstan və Azərbaycan arasında bu il mayın 1-dən başlayacaq dəmir yolu ilə sərnişindaşımaların açılması məsələsini də müzakirə ediblər.
“Dəmir yolu ilə sərnişin daşımaları turizmimiz üçün çox vacibdir. Azərbaycanlı həmkarımızla görüşdə cari il üçün daşımalarla bağlı proqnozu da müzakirə etdik. Əlbəttə, planlarımızı və baxışlarımızı bölüşmək çox vacib idi ki, maksimum koordinasiya ilə regionda və beynəlxalq miqyasda daha rəqabətədavamlı ola bilək”, - Levan Davitaşvili görüşdən sonra qeyd edib.
Digər xəbərlər