Tarix: 30-01-2025 | Saat: 08:37
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Bu gün Azərbaycanda mövcud olan 685 bələdiyəyə seçkilər keçirilmişdir. 685 bələdiyəyə 8071 üzv seçilməli idi".
Qarabaginfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
"Bələdiyələr Azərbaycan Respublikasında mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edir. Gün ərzində seçicilərin fəallığı ilə bağlı ardıcıl 5 dəfə məlumatlar vermişdik. Yekunda ümumi seçicilərimizin 1 874 810 nəfəri iştirak etmişdi. Bu da ümumi seçicilərimizin 31,45 faizini təşkil edir. Ümumiyyətlə bütün dairələrdə seçkilər normal keçmişdir. Seçkinin nəticələrinə təsir edə biləcək səviyyədə məlumatlar gün ərzində MSK-ya daxil olmayıb. Ümumiyyətlə, MSK-ya rəsmi şəkildə şikayət daxil olmayıb".
Məzahir Pənahov qeyd edib ki, protokolları daxil olmuş 4 872 seçki məntəqəsi üzrə 1 589 187 nəfər səs verib:
"1 580 532 bülleten sayılıb. 118 seçki dairəsi üzrə 5 846 seçki məntəqəsinin 4 872-si artıq hesabat verib. Lider namizədlərin sayı 7 791 nəfərdir. 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir".
Digər xəbərlər