Saytımızı qiymətləndirin


 
 

Qəzzada yanacaq qıtlığı səbəbindən 2 mindən çox xəstə köməksiz qala bilər
Tarix: 15-01-2025 | Saat: 09:54
Bölmə:Karusel / Dünya | çapa göndər

Qəzza zolağında 2 mindən çox xəstə yanacaq qıtlığı səbəbindən həyati vacib tibbi yardımları ala bilməyəcək.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatına istinadən məlumat yayıb.

Vurğulanıb ki, Qəzza zolağında yanacaq qıtlığı tibb müəssisələrinin fəaliyyətini təhlükə altına qoyur. Onsuz da qismən fəaliyyət göstərən bu xəstəxanalar heç bir yanacaq ehtiyatına malik deyillər və ən qaçılmaz tibbi xidmətlər göstərmək üçün beynəlxalq təşkilatların məhdud təchizatına güvənirlər.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər