Saytımızı qiymətləndirin


 
 

Dövlət Agentliyi Ziyafət Fərzəliyevdən 3 milyonluq hazır yemək alacaq
Tarix: 10-01-2025 | Saat: 17:03
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.

Qarabaginfo.az xəbər verir ki, tender hazır qida (keytring) təminatının satınalması ilə bağlı idi. Tenderin qalibi Fərzəliyev Ziyafət İsa oğlu olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 3 milyon 255 min 497 manatdır.

Qeyd edək ki, tenderin şərtlərinə görə, qarşı tərəf “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 saylı qərarı ilə müəyyən olunmuş qida normaları 4 nömrəli Əlavənin 6-cü sütunu əsasında 12 (on iki) ay ərzində həftənin 7 (yeddi) günü, sutkada 3 dəfə olmaqla 1 gün əvvəlcədən sifarişçi tərəfindən bildiriləcək əlilliyi olan şəxslərin sayına uyğun olaraq 2025-ci il üzrə 279.006 nəfər böyük və 34.310 nəfər uşağı isti yemək ilə təmin edəcək.



Xəbəri paylaş

80 dəfə oxunub.

Digər xəbərlər