Amerikalı iş adamı və siyasətçi İlon Mask ABŞ prezidenti Co Baydenin administrasiyasını vətənə xəyanətdə ittiham edib.
Qarabaginfo.az xəbər verir ki, söhbət Meksika ilə sərhəddə divar üçün materialların satışından gedir.
Sosial şəbəkə istifadəçilərindən biri X yazıb ki, indiki hakimiyyət sərhəd divarının tikintisi üçün materialları 5 dollara sataraq, sərhədyanı ərazilərdə tikanlı məftilləri sökərək, miqrantların üzünə bilərəkdən sərhədləri açıb.
Maske isə buna “Yüz faiz dövlətə xəyanətdir” şərhini verib.