Tarix: 26-12-2024 | Saat: 12:37
Bölmə:Karusel / Gündəm | çapa göndər
Təyyarə qəzasında həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində ölkəyə gətiriləcək.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev bildirib.
O qeyd edib ki, qəza nəticəsində xəsarət alanların ölkəyə gətirilməsi günün ikinci yarısında həyata keçiriləcək.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.
Digər xəbərlər