Tarix: 11-12-2024 | Saat: 14:00
Bölmə:Karusel / Dünya | çapa göndər
Kreml Suriyadakı Rusiya hərbçilərinin sayı ilə bağlı heç nə deyə bilməz.
Qarabaginfo.az xəbər verir k, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu,Rusiya Müdafiə Nazirliyinin işidir: “Bunu sizə ancaq bizim hərbçilər deyə bilər, mən dəqiq rəqəm deyə bilmərəm".
Rusiya Federasiyasının Suriyanın yeni hakimiyyət orqanları ilə təmaslarının nəticələri ilə bağlı sualı cavablandıran Kreml nümayəndəsi qeyd edib ki, hələ çox az vaxt keçib. "Ona görə də mən daha ətraflı heç nə deyə bilmərəm, amma təbii ki, hazırda yerdə olan və vəziyyətə nəzarət edənlərlə əlaqə saxlamaya bilmərik, çünki bizim obyektlərimiz, ilk növbədə insanlarımız oradadır”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Suriyada iki hərbi bazası mövcuddur. Bunlar Latakiyadakı (Tartus) hərbi dəniz donanması və Xmeymimdəki hərbi aviasiya bazalarıdır.
Digər xəbərlər