Saytımızı qiymətləndirin


 
 

Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması üçün əsas şərt açıqlandı
Tarix: 07-12-2024 | Saat: 15:00
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanla bir müharibə yaşandı və bitdi, yeni sülh ortamının olması üçün fürsət var.

Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Fuat Oktay bildirib ki, Azərbaycanla Ermənistan birlikdə çalışanda sülhün yolunu tapa bilir: “Üçüncü ölkələr müdaxilə etmədikcə bu sülh təmin edilə bilər. Qısa zamanda sülhün əldə edilməsinə ümid edirik. Azərbaycanın “Ermənistanı Konstitusiyasını dəyişməyə məcbur edir” demək doğru deyil. Azərbaycan qalıcı sülhə nail olmaq üçün bunu edir. Azərbaycan torpaqlarına haqq iddia edən Ermənistan Konstitusiyası olduğu müddətcə qalıcı sülhə nail olmaq mümkün deyil. Biz bunu Ermənistana da deyirik. Biz Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq, amma Ermənistan Azərbaycanla qalıcı sülhə nail olmalıdır”.



Xəbəri paylaş

65 dəfə oxunub.

Digər xəbərlər
21-05-2024, 14:57 Putin Özbəkistana GEDİR