Tarix: 27-11-2024 | Saat: 15:57
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaşzadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.
Qarabaginfo.az xəbər verir ki, milli etnomusiqişünaslığın inkişafında böyük xidmətləri olan Kamilə Dadaşzadə 2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalənin, monoqrafiyanın, o cümlədən, “Dastanın işarə sistemi” monoqrafiyası, “Musiqi tarixi” dərsliyinin, çoxlu sayda proqram və metodiki tövsiyənin müəllifidir.
K.Dadaşzadə 2003-cü ildə Avropa İncəsənət Universitetləri Liqası tərəfindən İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq müsabiqədə “Xalq musiqisinin tədqiqi və tədrisində müasir elmi nəzəriyyələrin tətbiqi” adlı məruzə ilə çıxış edib.
Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan mədəniyyət siyasəti” məruzəsinin ekspertlərindən və məcmuənin müəlliflərindən biridir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Digər xəbərlər