Saytımızı qiymətləndirin


 
 

KİV: ABŞ seçkilərdən sonra Ukraynaya yardımı azaldacaq
Tarix: 01-11-2024 | Saat: 08:04
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: ABŞ seçkilərdən sonra Ukraynaya yardımı azaldacaq

Noyabrın 5-də keçiriləcək prezident seçkilərindən sonra formalaşacaq yeni Vaşinqton administrasiyası Amerika cəmiyyətinin təzyiqi səbəbindən Ukraynaya yardımın həcmini azaltmaq məcburiyyətində qalacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə publisist Kristofer Kaldvel Britaniyanın həftəlik “The Spectator” jurnalı üçün yazdığı məqalədə yazıb.

“Növbəti prezident - istər Harris, istərsə də Tramp - ABŞ-nin Ukrayna münaqişəsində iştirakına dair daxili təzyiqlərə müqavimət göstərə bilməyəcək”, - Kaldvel qeyd edib.

Onun sözlərinə görə, sentyabr ayından bəri Harris Ukrayna münaqişəsindən demək olar ki, danışmır, çünki sorğular göstərir ki, Amerika seçiciləri bu mövzuya maraq göstərmir.

Publisist bildirb ki, Respublikaçılar Partiyasının bir çox nümayəndəsi Ukraynada genişmiqyaslı korrupsiya və ABŞ-də artan problemlər fonunda Kiyevə əlavə vəsaitin ayrılmasına skeptik yanaşır.



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər