Tarix: 03-10-2024 | Saat: 10:41
Bölmə:Karusel / Qarabağ | çapa göndər
İşğaldan azad olunmuş ərazilərin, bütövlükdə ekosistemin bərpası böyük resurs və zaman tələb edir.
Qarabaginfo.az xəbər verir ki, bunu EUROSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpasına 2021-2024-cü illər ərzində dövlət büdcəsindən 10 milyard dollardan artıq vəsait ayrılıb ki, bu da Hesablama Palatasının qarşısında yeni vəzifələr müəyyən edir.
“Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələri sırasındadır və təxminlərə görə Azərbaycanda 1,5 milyondan çox partlamamış mina və döyüş sursatı vardır. Mina təhlükəsi işğaldan azad olunmuş ərazilərdə torpaqlardan həm yaşayış, həm kənd təsərrüfatı, həm də ekosistemin bərpası məqsədilə istifadəsini mümkünsüz edib. Qeyd etdiyim 2 məsələ ilə bağlı yaxın 3 gündə daha ətraflı məlumatlar sizə təqdim ediləcək”- V. Gülməmmədov əlavə edib.
Digər xəbərlər