Saytımızı qiymətləndirin


 
 

Milli Məclisin rəhbərliyini birləşdirən FAKT
Tarix: 24-09-2024 | Saat: 15:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Milli Məclisin rəhbərliyini birləşdirən FAKT

Məlum olduğu kimi ötən gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçirilib. İclasda əvvəlcə Milli Məclisin sədri, ardınca isə sədr müavinləri seçilib.

Sahibə Qafarova növəti müddətə Milli Məclisin sədri, Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini seçilib.

Musa Qasımlı, Rafael Hüseynov və Ziyafət Əsgərov sədr müavinləri seçilib.

Beləliklə, VII çağırış Milli Məclisin rəhbərliyində əvvəllər olduğu kimi 4 deyil, 5 deputat əyləşəcək.

Qarabaqinfo.az saytı VII çağırış Milli Məclisin rəhbərliyinə daxil olan şəxslərin təhsil aldıqları ali məktəbləri dəqiqləşdirərkən məlum olub ki, onların hamısı humanitar ixtisaslıdır. Eyni zamanda Milli Məclisin rəhbərliyinə daxil olan deputatların beşi də professor elmi adını daşıyır.

Belə ki, Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini bitirib. Filologiya elmləri doktoru, professor, Əməkdar müəllimdir.

I virse-spiker Əli Əhmədov Moskva Dövlət Tarix İnstitutunu və Azərbaycan Dövlət Universitetinin aspiranturasını bitirib. Fəlsəfə elmləri doktoru, professordur.

Vitse-spiker Musa Qasımlı Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil alıb. Tarix elmləri doktoru, professordur.

Vitse-spiker Rafael Hüseynov Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri doktoru, professordur.

Vitse-spiker Ziyafət Əsgərov Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Hüquq üzrə fəlsəfə doktoru, professordur. 



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər