Saytımızı qiymətləndirin


 
 

Britaniya orbitə ilk hərbi kəşfiyyat və müşahidə peykini çıxarıb
Tarix: 17-08-2024 | Saat: 22:29
Bölmə:Karusel / Dünya | çapa göndər

Böyük Britaniya Yer səthinin gündüz foto və video çəkilişi üçün nəzərdə tutulmuş ilk hərbi peykini orbitə çıxarıb.

Bu barədə Böyük Britaniya Kosmik Komandanlığının məlumatında deyilir.

Qeyd edilir ki, Amerikanın “Falcon 9” daşıyıcı aparatı ilə orbitə çıxarılan “Tyche” peyki Böyük Britaniyada yaradılıb. Onun hazırlanması və yığılması 22 milyon funt-sterlinqə (25 milyon dollar) başa gəlib. 160 kq çəkisi olan peyk 5 km enində, 90 sm-ə qədər aydınlıqda yer cisimlərinin təsvirlərini təqdim etmək üçün nəzərdə tutulub.

Bundan əvvəl London artıq özünün “Skynet” peyk sistemindən istifadə edirdi, lakin kəşfiyyat məqsədləri üçün şəkillərə giriş hələ də müttəfiqlərə, ilk növbədə ABŞ-a göndərilməsi tələb olunurdu.

“Ukraynadakı münaqişənin göstərdiyi kimi, kosmosdan istifadə hərbi əməliyyatlar üçün vacibdir”, – deyə Britaniya Kosmik Komandanlığının bəyanatında bildirilir.



Xəbəri paylaş

56 dəfə oxunub.

Digər xəbərlər