Saytımızı qiymətləndirin


 
 

Avropa İttifaqı Belarus jurnalistlərinə sanksiya tətbiq edib
Tarix: 05-08-2024 | Saat: 13:57
Bölmə:Karusel / Dünya | çapa göndər

Avropa İttifaqı Belarusun güc strukturlarının 28 əməkdaşına və belarus jurnalistlərinə sanksiya tətbiq edib.

Qarabaginfo.az bildirir ki, bu barədə Aİ-nin rəsmi açıqlamasında deyilir.

Sanksiya siyahısına BelTA-nın baş direktoru İrina Akuloviç, Aleksandr Lukaşenkonun mətbuat xidmətinin keçmiş rəhbəri Dmitri Juk, həmçinin STV telekanalında “Senat” verilişinin aparıcısı və Milli Assambleyanın gənclər şurasının sədri Nikita Raçilovski daxildir.

Həmçinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla və Cinayətkarlıqla Mübarizə İdarəsinin rəislərinin iki müavininə də sanksiya qoyulub. Siyahıya Daxili İşlər Nazirliyinin nümayəndələri ilə yanaşı prokurorlar, hakimlər və üç istintaq təcridxanası və islah müəssisələrinin rəisi daxil edilib.



Xəbəri paylaş

62 dəfə oxunub.

Digər xəbərlər