Saytımızı qiymətləndirin


 
 

Dağlıq ərazilərdə leysan yağıb, Aran rayonlarında 39 dərəcə isti olub - FAKTİKİ HAVA
Tarix: 11-07-2024 | Saat: 10:21
Bölmə:Karusel / Sosial | çapa göndər

Dağlıq ərazilərdə leysan yağıb, Aran rayonlarında 39 dərəcə isti olub - FAKTİKİ HAVA

İyulun 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Ordubad, Balakən, Culfa, Beyləqan, Füzuli, Naxçıvan, Gəncə, Ceyrançöl, Qax, Daşkəsən, Sabirabadda 2 mm-dək olub.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 17 m/s, Naxçıvanda isə 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti olub.



Xəbəri paylaş

1124 dəfə oxunub.

Digər xəbərlər