Saytımızı qiymətləndirin


 
 

Ekspert: Qazaxıstan Cənubi Qafqazda nəqliyyat marşrutlarının bərpasında maraqlıdır
Tarix: 04-07-2024 | Saat: 10:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qazaxıstanın Təminat Məsələləri üzrə İdarəsinin icraçı direktoru Janar Tulindinova

 

Qazaxıstan Cənubi Qafqazda ticarət-nəqliyyat marşrutlarının bərpasında maraqlıdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın Təminat Məsələləri üzrə İdarəsinin icraçı direktoru Janar Tulindinova ŞƏT-in sammiti çərçivəsində bildirib.

Onun sözlərinə görə, hazırda Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq intensivləşir: “Bu kontekstdə Prezident Kasım-Jomart Tokayevin Azərbaycana sonuncu səfərini xatırlatmaq yerinə düşər. Ölkəmiz daim Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının aparılmasında maraqlı olub. Biz Cənubi Qafqaz regionunda ticarət-nəqliyyat şəbəkəsinin bərpasında çox maraqlıyıq. Bu istiqaməti biz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi kimi nəzərdən keçirilir”.

Ekspert qeyd edib ki, Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) vasitəsilə yükdaşımaların intensivləşdirilməsində maraqlıdır: “Çünki son dövrlər müxtəlif sanksiya qarşıdurmaları səbəbindən ənənəvi marşrutların fəaliyyətində fasilələr yaranıb. Onu da qeyd edim ki, regionun bütün ölkələri yuxarıda bəhs etdiyim marşrut üzrə yükdaşımaların invensivləşdirilməsini vacib sayır. Öz növbəsində Qazaxıstan bu məsələdə böyük səylər nümayiş etdirir. Əlavə edim ki, strateji limanlar və nəqliyyat mərkəzləri üzrə tərəfdaş şəbəkəsinin yaradılması təşəbbüsü böyük önəm kəsb edir”.



Xəbəri paylaş

149 dəfə oxunub.

Digər xəbərlər