Saytımızı qiymətləndirin


 
 

Assanj azadlığa çıxdı - Video
Tarix: 25-06-2024 | Saat: 11:30
Bölmə:Karusel / Dünya | çapa göndər

assanj-azadliga-cixdi

“Wikileaks”in qurucusu Culian Assanj həbsxanadan azad edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Wikileaks” “X” sosial şəbəkəsində bəyanat yayıb.

“Culian Assanj azadlıqdadır”, - məlumatda deyilir.

Bildirilir ki, 52 yaşlı Assanj 2019-cu ildən saxlanıldığı Britaniyanın Belmarş həbsxanasından sərbəst buraxılılıb. O, təyyarə ilə Böyük Britaniyanı tərk edərək Avstraliyaya yola düşüb.

Qeyd edək ki, “Wikileaks”, 2006-cı ildə Culian Assanj tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatıdır. Təşkilatın məqsədi məxfi sənədləri və məlumatları ictimaiyyətə çatdırmaqdır.

2010-cu il oktyabrın 28-də “Wikileaks” ABŞ-nin İraq və Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarla bağlı 251 min gizli sənəd dərc edib. Bu səbəbdən Assanj 2019-cu ildə saxlanılıb. Daha sonra o, zaminə buraxılsa da, şərtləri pozduğuna görə həbs edilib və Londondakı Belmarş həbsxanasına aparılıb.

Bildirilir ki, ABŞ Prezidenti Co Bayden bu ilin aprel ayında Avstraliyanın Assanjın ölkəsinə qayıtması xahişini nəzərdən keçirdiklərini açıqlayıb.



Xəbəri paylaş

144 dəfə oxunub.

Digər xəbərlər